"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane "Bavariya"ya keçməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" gənc futbolçunun gedişinə qarşıdı.

Konkret olaraq baş məşqçi Pep Qvardiola rəhbərliklə görüşündə 23 yaşlı oyunçunun qış fasiləsində satılmamasını tapşırıb. Ancaq Sanenin mövsümün sonunda Premyer Liqa təmsilçisini tərk etməsi gözlənilir. Onun yayda "Bavariya"ya keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Leroy Sanenin "Mançester Siti" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest