Roberto Bordinlə yolları ayırmağı və daha güclü mütəxəssislə anlaşmağı planlaşdıran "Neftçi"nin maraq dairəsində olan Tomas Dollun Azərbaycana gəlməsi real görünmür. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Roberto Bordinlə yolları ayırmağı və daha güclü mütəxəssislə anlaşmağı planlaşdıran "Neftçi"nin maraq dairəsində olan Tomas Dollun Azərbaycana gəlməsi real görünmür. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Belə ki, almanlar APOEL-dən ayrılan çalışdırıcının vətəninə qayıtmaq üzrə olduğunu vurğulayıb. Xəbərdə "Ştutqart"ın 53 yaşlı mütəxəssislə maraqlandığı və baş məşqçi postuna əsas namizədlərdən olduğu yazılıb. Tim Valteri istefaya göndərən 2-ci Bundesliqa təmsilçisi hazırda 5 məşqçi ilə danışıq aparır ki, onlardan biri də məhz Dolldu.

Qeyd edək ki, Tomas Doll 4 ay çalışdırdığı APOEL-i Avropa Liqasında 1/16 finala çıxarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest