26 Dekabr 2019, 13:01
FUTBOL
"Barselona" 2020-ci ildə bütün xətlərini gücləndirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı rəhbərlik keçirilən iclasda qərar qəbul edib.
Texniki katiblik artıq bununla bağlı konkret işə başlayıb. Prioritet hədəf yarımmüdafiə xətti ilə bağlı olacaq. İvan Rakitiç və Arturo Vidal çox güman ki, yayda komandanı tərk edəcək. Yaranan boşluğu doldurmaq baxımından danışıqlara start verilib. Kataloniyalılar hücum xəttini "İnter"li Lautaro Martines və PSJ-li Neymarla gücləndirmək niyyətindədi. Həmçinin mövsümün sonunda müdafiəçi də alınacaq.
Qeyd edək ki, "Barselona" 18 turdan sonra La Liqada 39 xalla birinci pillədə qərarlaşır.