"Beşiktaş"ın futbolçusu Cermeyn Lens qış fasiləsində Türkiyədən ayrıla bilər. Matc.az xəbər verir ki, 32 yaşlı hücumçunu "Alkmaar" transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə "Alkmaar"ın yanvarda Lensi icarəyə götürmək üçün "Beşiktaş"la danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Lens bu mövsüm "Beşiktaş"la 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Hücumçu 34 dəfə Hollandiya yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest