"Betis"in futbolçusu Xoakin Sançes karyerasını bitirməyə tələsmir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, veteran futbolçu daha bir il yarım çıxışını davam etdirəcək.

çünki 38 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər olan müqavilə müddətini daha 1 illik uzadıb.

Qeyd edək ki, Xoakin Sançes bu mövsüm La Liqada 17 oyunda iştirak edib ki, bunun 13-də meydana start heyətində çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest