26 Dekabr 2019, 16:59
FUTBOL
"çelsi"nin və Fransa millisinin hücumçusu Olivye Jiru karyerasını Şotlandiyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 33 yaşlı forvardın xidmətində "Reyncers" maraqlıdı.
Bu barədə Fransanın "Lequipe" nəşri məlumat yayıb. Xəbərdə "Reyncers" nümayəndələrinin Jirunun meneceri ilə görüşdüyü bildirilir. AVRO-2020-də iştirak etmək istəyən Jiru oyun praktikasını artırmaq üçün bu təklifi müsbət dəyərləndirə bilər.
Qeyd edək ki, fransız hücumçu bu mövsüm "çelsi"də 7 oyuna çıxıb və 1 qol vurub. Onun "zadəganlar"la müqavilə müddəti mövsümün sonuna qədərdi.