"Barselona"nın hücumçusu Luis Suareslə həyat yoldaşı Sofiya Balbinin evliliyinin 10 illiyi münasibətilə tədbir keçirilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yığıncaqda bir neçə futbolçu iştirak edib.

Onlar arasında Kataloniya klubunun kapitanı Lionel Messi və PSJ-nin hücumçusu Neymar da olub. Hətta Neymar sabiq komanda yoldaşları Messi və Suareslə birlikdə şəkil çəkərək, sosial şəbəkədə paylaşıb. Bu isə MSN cütlüyünün yenidən bərpa ediləcəyi ilə bağlı söz-söhbətləri artırıb.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib. Braziliyalının mövsümün sonunda sevimli komandasına dönməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest