"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç milli karyerasını başa vurmağa hazırlaşır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Xorvatiya yığmasının üzvü özü deyib.

O, gələn ilin yayında keçiriləcək Avropa çempionatından sonra millidən getmək barədə düşünəcəyini söyləyib: "2020-ci ildə keçiriləcək Avropa çempionatının milli komanda ilə son böyük turnirim olacağına dair bir seçim düşünürəm. Hadisələrin axarına görə qərar verəcəm. Milli necə daha yaxşı olar, mənim üçün ən yaxşısı nədi, bütün bunları məşqçi ilə müzakirə edəcəyik. Gənc oyunçulara hər zaman kömək etməyə çalışacam. İndi başlıca məqsəd Xorvatiya millisinin uğurla çıxış etməsidi".

Qeyd edək ki, İvan Rakitiç 2007-ci ildən Xorvatiya millisinin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest