27 Dekabr 2019, 15:03
FUTBOL
"Barselona"nın futbolçusu Karles Alenya qış "transfer pəncərəsi" dövründə komandadan ayrılacaq. Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Betis"ə keçəcək.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə tərəflərin artıq razılıq əldə etdiyi və Alenyanın mövsümün sonunadək Əndəlüs təmsilçisində icarə əsasında forma geyinəcəyi bildirilir.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.