İcarə əsasında "Başakşəhər"də forma geyinən, müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək. Matc.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü keçmiş klubu "Qalatasaray"a keçəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə 32 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızılar"la 1,5 illik müqavilə imzalayacağı bildirilir. "Qalatasaray"ın yetirməsi olan Arda 2011-ci ildə "Atletiko"ya, 2015-ci ildə isə "Barselona"ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi 2018-ci ildə "Başakşəhər"ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda bitir.
Qeyd edək kİ, Arda Turan 100 dəfə formasını geyindiyi Türkiyə yığmasında 16 qol vurub.