27 Dekabr 2019, 17:01
FUTBOL
çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun PSJ ilə matçında (2:2) zədələnən "Real"ın futbolçusu Eden Azarın sağalacağı vaxt bilinib. Matc.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi 2020-ci ilin fevralında yaşıl meydanlara qayıdacaq.
Azar zədə səbəbindən İspaniya Superkubokunun "Valensiya" ilə görüşündə iştirak edə bilməyəcək. 28 yaşlı futbolçu bu mövsüm "Real"la 8 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Real" – "Valensiya" görüşü yanvarın 8-də keçiriləcək.