"Liverpul" "Ştutqart"a icarəyə verdiyi futbolçusu Nataniel Fillipsi qışda geri qaytaracaq. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi 2-ci Bundesliqa təmsilçisində möhkəmlənə bilməyib. "Ştutqart" Fillipsi mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.

Müdafiəçi yanvarda "Liverpul"un düşərgəsinə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest