Azərbaycan millisinə dönüşü gündəmdə olan Robert Prosineçkinin karyerasını Türkiyədə davam etdirmək ehtimalı daha yüksəkdi. "Kayserispor" rəhbərliyinin xorvatiyalı mütəxəssislə ilkin danışığı olub.

Azərbaycan millisinə dönüşü gündəmdə olan Robert Prosineçkinin karyerasını Türkiyədə davam etdirmək ehtimalı daha yüksəkdi. Matc.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Kayserispor" rəhbərliyinin xorvatiyalı mütəxəssislə ilkin danışığı olub. Görüşün müsbət yöndə getdiyini və Prosineçkinin bu məsələyə isti baxdığı vurğulanıb. Klub prezidenti Berna Gözbaşının bu təyinatı hər an açıqlaya biləcəyi əlavə olunub.

Qeyd edək ki, "Kayserispor" bu günlərdə Bülənt Uyqunu istefaya göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest