"Real"ın hücumçusu Qaret Beyl yenidən "Tottenhem"in formasını geyinə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London klubu ulduz futbolçunu heyətinə qatmaq niyyətindədi.

Premyer Liqa təmsilçisi bununla bağlı qarşı tərəfə təklif göndərməyə hazırlaşır. Belə ki, "Tottenhem" yarımmüdafiəçisi Kristian Eriksen və 30 milyon avroluq təkliflə madridlilərin qapısını döyəcək. Danimarkalının da ispanların maraq dairəsində olması bu dəyişiklik ehtimalını artırır.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm La Liqada keçirdiyi 11 oyunda 2 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest