"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen digər nəhənglərin maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 3 klub onu heyətinə qatmaq fikrinə düşüb.

Bunlar "Bavariya", PSJ və "Yuventus"du. Adıçəkilən komandalar 27 yaşlı qolkiperi mövsümün sonunda transfer etmək üçün "Barselona" ilə danışığa hazırlaşır. Lakin Almaniya millisinin üzvü komandasını dəyişmək istəmir. O, əksinə, klubla 2022-ci ilin yayına qədər olan müqavilə müddətini uzatmaq niyyətindədi.

Qeyd edək ki, bu mövsüm 25 matçda iştirak edən Mark-Andre ter Ştegenin aktivində 2 qol ötürməsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest