28 Dekabr 2019, 17:07
FUTBOL
"Barselona" yarımmüdafiəçisi Karles Alena ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, gənc futbolçu mövsümün ikinci dövrəsini "Betis"in heyətində keçirəcək.
Belə ki, klublar arasında danışıqlar yekunlaşıb və Alena yeni komandası ilə münasibətləri rəsmiləşdirib. Razılığa əsasən, 21 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında "Betis"də çıxış edəcək. Sevilya təmsilçisinin onu birdəfəlik transfer etmək hüququ olmayacaq.
Qeyd edək ki, Karles Alena bu mövsüm "Barselona"nın heyətində 5 oyunda iştirak edib.