İngiltərə Premyer Liqasının XX turu "çelsi" üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, dünən "Arsenal"ın qonağı olan "zadəganlar" 2:1 hesablı qələbə qazanıb.

"Mavilər" hesabda geri düşməsinə baxmayaraq, son dəqiqələrdə 2 qol vuraraq qalib gəlib. "çelsi" bununla "Arsenal"ı "Emireyts"də 5 dəfə məğlub edən ilk klub kimi tarixə düşüb.

Qeyd edək ki, hazırda Premyer Liqada "çelsi" 4-cü, "Arsenal" isə 12-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest