"Qalatasaray" qış fasiləsində ilk transferini reallaşdırıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Leypsiq"in müdafiəçisi Marselo Saraççi "cim-bom"la anlaşıb.

Naqatomo ilə yollarını ayıran "sarı-lacivərdlilər" onun mövqeyinə məhz 21 yaşlı oyunçunu icarəyə götürüb. Uruqvaylı sol cinah oyunçusu İstanbul nəhəngi ilə 1,5 illik icarə müqaviləsi bağlayıb.

Qeyd edək ki, Marselo Saraççinin "Leypsiq"lə sözləşmə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest