İngiltərə Premyer Liqasının XX turunda "Şeffild Yunayted"lə qarşılaşan "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu qarşılaşma "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Bu, ispaniyalı mütəxəssisin Premyer Liqada 100-cü qalibiyyəti olub. Liqada 134 oyunda 100-cü qələbəsini əldə edən Qvardiola bu baxımdan Joze Mourinyoya məxsus rekordu yeniləyib. Portuqaliyalı mütəxəssis 100 qələbə üçün 142 görüşə çıxmalı olub.

Premyer Liqada 4-cü mövsümünü keçirən Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" 100 qələbə ilə yanaşı, 17 dəfə heç-heçə edib, 17 oyunda məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest