30 Dekabr 2019, 16:39
FUTBOL
2020-ci ilin martında MLS-də debüt edəcək "İnter Mayami"nin baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Mayamini təmsil edən komandanın "sükan"ı Dieqo Alonsoya tapşırılacaq.
Bu barədə "Miami Herald" nəşri məlumat yayıb. 44 yaşlı mütəxəssisin təyinatının yaxın zamanda açıqlanması gözlənilir. Alonsonun son iş yeri Meksikanın "Monterrey" klubu olub.
Qeyd edək ki, "İnter Mayami"nin prezidenti və səhmlərinin bir hissəsinin sahibi Devid Bekhemdi.