"Tottenhem"in müdafiəçisi Yan Vertongen komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçunun İtaliya və ya Hollandiyaya köçməsi gözlənilir.

çünki 32 yaşlı oyunçu iki klubdan rəsmi təklif alıb. Bunlar "Ayaks"la "Napoli"di. Londonlular 15 milyon avro ödəməyə razı olan kluba belçikalını satmağı planlaşdırır. Əslində Vertongenin "Tottenhem"lə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, indidən istənilən komanda ilə anlaşa bilər. Lakin ingilislər onun gedişindən gəlir əldə etmək üçün bu ay keçidin reallaşmasına çalışır.

Qeyd edək ki, Yan Vertongen bu mövsüm Premyer Liqada 14 matç keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest