02 Yanvar 2020, 14:02
FUTBOL
"Atalanta"nın yarımmüdafiəçisi Deyan Kuluşevski A seriyasının digər klubuna keçib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu "Yuventus"la anlaşıb.
Cari mövsümün ilk dövrəsini icarə əsasında "Parma"da keçirən İsveç millisinin üzvü Turin təmsilçisində artıq tibbi müayinədən keçib. O, yaxın günlərdə "qoca sinyora" ilə münasibətləri rəsmiləşdirəcək. Keçidin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Deyan Kuluşevski bu mövsüm A seriyasında 4 qol, 7 assistlə yadda qalıb.