Son günlərdə müxtəlif turnirlərdə son onilliyin ən yaxşıları açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında son 10 ilin turnir cədvəli müəyyənləşib.
2010-19-cu illərdə ölkə çempionatında 1562 oyun keçirilib. Bu matçlarda 19 müxtəlif klub qüvvəsini sınayıb.
4 komanda – "Qarabağ", "Neftçi", "Keşlə" və "Qəbələ" son 10 ildə Premyer Liqanın daimi iştirakçısı olub. Qələbəyə görə 3 xal prinsipi ilə hazırlanan onilliyin cədvəlindəki ilk 4 pillədə də bu komandalar qərarlaşıb.
Bütün göstəricilərdə böyük üstünlüyə malik olan "Qarabağ" siyahıda 1-cidi. "Neftçi" 2-ci sırada qərarlaşıb. Digər iki komanda isə 8 xal fərqlə 3-4-cü yerləri tutur. "Keşlə" "Qəbələ"dən kiçik fərqlə öndədi.
Bu 10 ildə Premyer Liqada 3563 qol vurulub.
Qeyd edək ki, texniki nəticələr oyun, qələbə və məğlubiyyət sayında əks olunsa da, top fərqində nəzərə alınmayıb. Apasport
1. |
Qarabağ |
313 |
187 |
76 |
50 |
491-213 |
637 |
2. |
Neftçi |
313 |
151 |
73 |
89 |
438-310 |
526 |
3. |
Keşlə |
313 |
135 |
91 |
87 |
382-289 |
496 |
4. |
Qəbələ |
313 |
133 |
89 |
91 |
397-311 |
488 |
5. |
AZAL |
243 |
78 |
67 |
98 |
259-293 |
301 |
6. |
Xəzər Lənkəran |
215 |
71 |
63 |
81 |
233-240 |
276 |
7. |
Sumqayıt |
266 |
69 |
69 |
128 |
259-384 |
276 |
8. |
Bakı |
179 |
59 |
53 |
67 |
194-215 |
230 |
9. |
Simurq |
179 |
50 |
52 |
77 |
165-208 |
202 |
10. |
Zirə |
134 |
51 |
40 |
43 |
152-146 |
193 |
11. |
Kəpəz |
188 |
49 |
46 |
93 |
181-270 |
193 |
12. |
Rəvan |
136 |
31 |
34 |
71 |
134-219 |
127 |
13. |
Turan |
111 |
25 |
24 |
62 |
100-165 |
99 |
14. |
Səbail |
70 |
21 |
13 |
36 |
57-100 |
76 |
15. |
Muğan |
47 |
18 |
12 |
17 |
41-43 |
66 |
16. |
Sabah |
42 |
10 |
10 |
22 |
34-59 |
40 |
17. |
Standard |
15 |
5 |
3 |
7 |
21-16 |
18 |
18. |
MOİK |
32 |
4 |
6 |
22 |
14-55 |
18 |
19. |
Karvan |
15 |
2 |
5 |
8 |
11-27 |
11 |