"Milan"ın yeni transferi Zlatan İbrahimoviç İtaliyaya yollanıb. Matc.az xəbər verir ki, isveçli hücumçu artıq Milandadı.

Onun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir. İtaliya mətbuatı 38 yaşlı forvardla  6 ay + 1 illik  müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Zlatan 2010-2012-ci illərdə də "Milan"ın formasını geyinib. Onun sonuncu klubu "Los-Anceles Qalaksi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest