Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Samba Gold" mükafatını "Liverpul"un qapıçısı Alisson Bekker qazanıb.

O, respondentlərin 35,54 faiz səsini toplamaqla buna nail olub. Alisson bu mükafata sahib çıxan ilk qapıçı kimi tarixə düşüb. Səsvermədə ikinci yeri "Liverpul"un digər üzvü Roberto Firmino tutub – 23,48 faiz. PSJ-nin müdafiəçisi Tiaqu Silva isə 3-cü (10,46%) olub.

Qeyd edək ki, Alisson Bekker 2019-cu ildə həm də Lev Yaşin mükafatına yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest