İngiltərə Premyer Liqasının XXI turunda "Sauthempton"a məğlub olan (0:1) "Tottenhem" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Harri Keyn sıradan çıxıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində zədələnərək əvəzlənən qolçu futbolçunun durumuna aydınlıq gəlib. Tibbi müayinədən sonra Keynin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu müddətin ay yarım çəkməsi də istisna edilmir.

Bu isə o deməkdi ki, Keyn Premyer Liqada "Liverpul" və "Mançester Siti" ilə matçları buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest