03 Yanvar 2020, 13:41
FUTBOL
"Bavariya"nın müdafiəçisi Jerom Boatenq İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Arsenal" təcrübəli futbolçunun xidmətində maraqlıdı.
"Topçular" bu keçidi qış fasiləsində reallaşdırmaq üçün qarşı tərəflə danışıqlara başlayıb. Münhen təmsilçisi də transferə qarşı deyil. Almanlar ulduz futbolçunu 15 milyon avro qarşılığında Londona yola salmağa hazırdı.
Qeyd edək ki, Jerom Boatenq 2011-ci ildən "Bavariya"nın formasını geyinib.