03 Yanvar 2020, 17:11
FUTBOL
Sabahdan qış təlim-məşq toplanışına başlayacaq "Qəbələ"nin Antalya hazırlığı zamanı yoxlama görüşündə üz-üzə gələcəyi daha bir rəqibin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Yanvarın 12-də Türkiyəyə yollanacaq "qırmızı-qaralar"ın 3 rəqibi öncədən bəlli idi. Belə ki, komanda yanvarın 14-də MTK (Macarıstan), 18-də "çayka" (Rusiya), 25-də isə "Dunav"la (Bolqarıstan) üz-üzə gələcək. 3-cü yoxlama görüşü çərçivəsində ayın 22-də meydana çıxacaq Elmar Baxşıyevin yetirmələrinin həmin günkü rəqibi Bolqarıstanın digər təmsilçisi "Etar" olacaq.
Qeyd edək ki, "Qəbələ" 2 həftəlik Türkiyə toplanışı zamanı Lara bölgəsindəki "Trend" otelində məskunlaşacaq.