PSJ-nin hücumçusu Neymar komandada qala bilər. Matc.az xəbər verir ki, bunun üçün parislilər çempionlar Liqasının qalibi olmalıdı.

27 yaşlı hücumçuya yaxın mənbə qəzetə açıqlamasında bunun baş verəcəyi təqdirdə Neymarın "Barselona"ya keçməyəcəyini bildirilib: "Neymar böyük uğurlar qazanmaq istəyir. çempionlar Liqasında "Mançester Yunayted"ə məğlubiyyətdən sonra düşünürdü ki, PSJ-nin turnirin kubokunu qazanmaq şansı yoxdu. Bu gün isə Neymar hesab edir ki, bu durumu dəyişə bilər. O, Mbappe ilə münasibətləri qaydaya saldı və tamamilə öz işinə köklənib. Onlar bilirlər ki, birgə istənilən rəqibi məğlub etmək gücünə sahibdilər. Əgər mövsümü əla keçirib çempionlar Liqasının qalibi olsalar, Neymar komandada qalmaq istəyəcək".

Qeyd edək ki, Neymar bu mövsüm Liqa1-də 10 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest