"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu ulduz futbolçunu satmamaq qərarına gəlib.

Halbuki bonus tələbi ilə rəhbərliklə üz-üzə gələn çili millisinin üzvünün satılacağı düşünülürdü. Hətta "İnter" və "Yuventus" transferlə bağlı müraciət də etmişdi. Lakin komanda daxilində müsbət rəy formalaşdıran 33 yaşlı oyunçunun ən azı mövsümün sonuna qədər "Barsa"da qalması qərara alınıb.

Qeyd edək ki, Arturo Vidalın "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest