Moldova millisinin yekun heyəti açıqlanıb. Baş məşqçi Engin Fırat Qətərdə baş tutacaq təlim-məşq toplanışına 21 oyunçu dəvət edib. Sabah Qətərə yollanacaq heyətdə "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk da yer alacaq.

Moldova millisinin yekun heyəti açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Engin Fırat Qətərdə baş tutacaq təlim-məşq toplanışına 21 oyunçu dəvət edib.

Sabah Qətərə yollanacaq heyətdə "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk da yer alacaq. Dekabrda açıqlanan ilkin heyətdən 5 oyunçunu çıxaran baş məşqçi Koçuku saxlayıb.

Moldova yığması toplanış çərçivəsində yanvarın 9-da İsveçlə yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest