"Vulverhempton"un hücumçusu Adama Traore komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 3 Avropa nəhəngi 24 yaşlı oyunçunun xidmətində maraqlıdı.

Bunlar "Barselona", "Liverpul" və "Mançester Siti"di. Hər 3 klub ispaniyalı vingeri ən geci mövsümün sonunda heyətinə cəlb etmək niyyətindədi. Futbolçunun "Vulverhempton"la müqaviləsinə əsasən, onun sərbəst qalma məbləği 70 milyon funt-sterlinqdi.

Qeyd edək ki, Adama Traore bu mövsüm Premyer Liqada 20 oyunda iştirak edib, 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest