"Milan"ın iki futbolçusu Fransaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət müdafiəçi Alessio Romanyoli və yarımmüdafiəçi Lukas Paketadı.

Hər iki futbolçu PSJ-nin maraq dairəsindədi. Parislilər italiyalı və braziliyalı oyunçuları bu ay heyətə cəlb etməyi planlaşdırır. Fransa çempionu adıçəkilən futbolçuların transferi üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, cari mövsüm Romanyoli 17, Paketa isə 13 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest