İspaniya çempionatında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu barədə La Liqa tvitter hesabı vasitəsilə məlumat yayıb.

"Barselona"nın hücumçusu Luis Suares ayın ən yaxşı futbolçusu adına layiq görülüb.

Qeyd edək ki, uruqvaylı forvard ötən ay 5 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest