"Real"ın yarımmüdafiəçisi Luka Modriç ABŞ-a köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun karyerasını MLS liqasında davam etdirmək ehtimalı yaranıb.

Belə ki, "Di Si Yunayted" 34 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq fikrindədi. Vaşinqton təmsilçisi Xorvatiya millisinin kapitanı ilə artıq danışığa başlayıb. Onlar Modriçin yayda ABŞ-a köçməsini istəyirlər.

Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest