Bu gün "Səbail"lə yollarını ayıran Mirabdulla Abbasov "Neftçi"yə qayıdıb. Matc.az xəbər verir ki, "ağ-qaralar" rəsmi saytı vasitəsilə bu dönüşü açıqlayıb.

Belə ki, "Səbail"lə mövsümün sonuna qədər icarə müqaviləsi olmasına baxmayaraq, buna xitam verən forvard məxsus olduğu "Neftçi"yə dönüb. O, mövsümün ikinci yarısını "Neftçi"də keçirəcək və 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi" ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində komandanın heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest