Bu gün AFFA-nın inzibati binasında regional futbol federasiyalarının əməkdaşları üçün seminar keçirilib. Matc.az xəbər verir ki, seminarda ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb.

O, regional federasiyaların fəaliyyətinin futbolun inkişafı və kütləviliyinin artmasında vacib rol oynadığını qeyd edib.

Sonra AFFA-nın müxtəlif departament və şöbələrinin əməkdaşları tərəfindən iştirakçılara assosiasiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest