"Verona"nın yarımmüdafiəçisi Sofyan Amrabat klubunu dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı xavbek "Napoli"də çıxış edəcək.

Anlaşmaya əsasən, mərakeşli oyunçu mövsümün sonunda Neapol təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq. Amrabat ilk iki ilində 1,8 milyon, növbəti iki mövsümdə isə 1,9 milyon avroluq maaş alacaq.

Qeyd edək ki, "Verona"nın müdafiəçisi Amir Rrahmani də yayda "Napoli"yə üz tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest