Azərbaycan Premyer Liqasının iki klubu təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. "Sabah" və "Zirə" ikinci hazırlıq dönəmi üçün Türkiyəyə yola düşüb. Bu gün Antalyaya yollanan komandalar yanvarın 22-dək qonşu ölkədə toplanış keçəcək.

Azərbaycan Premyer Liqasının iki klubu təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. Matc.az saytının məlumatına görə, "Sabah" və "Zirə" ikinci hazırlıq dönəmi üçün Türkiyəyə yola düşüb.

Bu gün Antalyaya yollanan komandalar yanvarın 22-dək qonşu ölkədə toplanış keçəcək. Belek bölgəsinə yollanan "Sabah" 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Bakılılar "Pakş" (Macarıstan - 11 yanvar), "Akademika Klinçeni" (Rumıniya - 15 yanvar) və "Kaysar"la (Qazaxıstan - 19 yanvar) qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ bəlli deyil.

"İC Santai" otelində məskunlaşacaq "Zirə" isə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 11-də "ümraniyespor" (Türkiyə), 16-da "Sepsi" (Rumıniya), 21-də isə "Napredak"la (Serbiya) üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqanın digər təmsilçiləri də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Antalyaya yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest