Şotlandiya Premyer Liqasında ötən ilin dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada "Reyncers"in çalışdırıcısı Stiven Cerrard layiq görülüb.

Bu barədə Qlazqo təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. "Reyncers" Cerrardın rəhbərliyi ilə dekabrda 8 oyunda meydana çıxıb, 5 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib.

Qlazqo təmsilçisi Premyer Liqada 19 oyunda 50 xal toplayaraq 2-ci sırada qərarlaşır. Bir oyun az keçirən "Reyncers" lider "Seltik"dən 2 xal geridədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest