İtaliya yığmasının keçmiş futbolçusu Fabritsio Mikkoli barədə həbs qərarı qüvvədə saxlanılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb 38 yaşlı sabiq forvardın mafiya ilə iş görməsidi.
Məsələ burasındadı ki, 2010-cu ildə Mikkoli 12 min avro məbləğində olan borcunu geri ala bilmək üçün mafiya klanının üzvlərindən kömək istəyib. Məhkəmə 2017-ci ilin oktyabrında pulun geri qaytarılma üsulunu qəddar hesab etmiş, Mikkoliya 3 il yarımlıq həbs qərarı kəsmişdi.
Keçmiş futbolçu bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin onlar da Mikkolinin günahı sübuta yetirildiyindən, qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Fabritsio Mikkoli İtaliya yığmasının heyətində 10 oyunda iştirak edib, 2 qola imza atıb.