Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" təlim-məşq toplanışı üçün Niderlanda yollanıb. Delden şəhərinə yollanan heyətdə 3 futbolçu yer almayıb. Baş məşqçinin qərarı ilə Münsterdə qalan oyunçulardan biri də Dadaşov olub.
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" təlim-məşq toplanışı üçün Niderlanda yollanıb. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Delden şəhərinə yollanan heyətdə 3 futbolçu yer almayıb.
Baş məşqçinin qərarı ilə Münsterdə qalan oyunçulardan biri də Dadaşov olub. Bir neçə gün soruqladığı üçün məşqlərə qatılmayan 28 yaşlı forvard hazırda baldırındakı zədədən əziyyət çəkir. O, Almaniyada qalan digər oyunçular kimi, hələlik xüsusi proqramla fərdi məşqlər etməklə kifayətlənəcəklər.
Rüfət III Bundesliqa təmsilçisinin düşərgəsinə bir həftə sonra qoşulacaq.