"Mançester Yunayted" müdafiəçisi Harri Maquayrı uzun müddətə itirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb oyunçunun "Vulverhempton"la kubok görüşündə zədələnməsidi.

Həmin qarşılaşmada ağrılar hiss etməsinə baxmayaraq, oyunu davam etdirən Maquayr bununla vəziyyətini daha da pisləşdirib. Həkimlər onun əzələsində ciddi problem aşkarlanacağını istisna etmir. Bu diaqnoz özünü doğrultsa, İngiltərə millisinin üzvü bir neçə aylıq sıradan çıxacaq. Artıq Maquayra əvəzləyici axtarışına çıxan "mankunianlar" bir mərkəz müdafiəçisini mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi.

Qeyd edək ki, Harri Maquayr cari mövsüm 27 görüşdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest