Transfer qadağası ləğv edilən "çelsi" heyətini gücləndirmək üçün hərəkətə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar"ın ilk hədəfi də artıq bəllidi.

Paytaxt təmsilçisi "Vest Hem"in müdafiəçisi İssa Diopa "elçi düşüb". "çelsi" bu transferin reallaşması üçün qarşı tərəfə 40 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. "Vest Hem" isə məbləğin 50 milyon olmasını istəyir. Həmçinin "Tottenhem" də 23 yaşlı oyunçunun xidmətində maraqlıdı.

Qeyd edək ki, "çelsi" "Lion"un hücumçusu Mussa Dembeleni də 40 milyon funt-sterlinqə transfer etməyə çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest