"Roma" "Milan"ın yarımmüdafiəçisi Susonu heyətinə qatmaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı qarşı tərəfə təklif göndərib.

Romalılar "rossonyerlər"in transferə çıxardığı ispaniyalı oyunçu müqabilində yarımmüdafiəçisi Cengiz ündəri əks düşərgəyə göndərməyə hazırdı. Ancaq "Milan"ın ilk hədəfi "İnter"li Matteo Politanodu.

Qeyd edək ki, Suso "Milan"a 2015-ci ilin yanvarında "Liverpul"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest