"Qaziantepspor" klubu qapıçısı Yuri Lodıginlə yolları ayırıb. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper Supeliqa təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Bununla da Lodıgin azad agent statusu alıb. Onun karyerasını ölkəsində davam etdirməsi gözlənilir.

Qeyd edək ki, 2013-2019-cu illərdə "Zenit"də çıxış edən Rusiya millisinin sabiq üzvü ötən yay "Qaziantepspor"a keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest