Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişir. Matc.az xəbər verir ki, bu haqda "NTV Spor" məlumat yayıb.

Bildirilir ki, müqavilə ilə "Everton"a məxsus olan 28 yaşlı futbolçu hazırda Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"da tibbi baxışdan keçir. Baxış zamanı problem çıxmasa, Cenk mövsümün sonuna qədər icarə qaydasında həmin komandada oynayacaq.

Qeyd edək ki, cari mövsüm "Everton"da 8 matça çıxan Cenk Tosun 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest