"Fənərbaxça"nın məşhur bir futbolçusu mənə sosial şəbəkədən gülüş işarəsi göndərib. Daha sonra "Fənərbaxça" rəhbərliyinə ondan şikayət etdik. Mənə heç kim o cür gülən sifət ata bilməz. Şikayətimizdən dərhal sonra həmin mesajı sildi".

Türkiyənin tanınmış televiziya aparıcısı Ece Erken diqqət çəkən açıqlama ilə gündəmə gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Beyaz TV"də yayımlanan "Söyləməzsəm olmaz" verilişinin aparıcısı "Fənərbaxça"da forma geyinən futbolçunun "bostanına daş atıb".

Belə ki, aktrisalıq karyerası da olan 42 yaşlı Erken İstanbul klubunun oyunçularından birinin ona sosial şəbəkə vasitəsilə mesaj yazdığını bildirib. Ancaq o, konkret ad çəkməyib: "Fənərbaxça"nın məşhur bir futbolçusu mənə sosial şəbəkədən gülüş işarəsi göndərib. Daha sonra "Fənərbaxça" rəhbərliyinə ondan şikayət etdik. Mənə heç kim o cür gülən sifət ata bilməz. Şikayətimizdən dərhal sonra həmin mesajı sildi".

Qeyd edək ki, Ece Erken 12 yaşından bəri müxtəlif televiziya və radiolarda çalışıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest