Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən Nicat Mehbalıyev müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıdıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Bildirilir ki, gənc qapıçı artıq komandayla məşqlərdə iştirak edir.

Onun "Sumqayıt"la icarə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, qolkiper "Qarabağ"a dönüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest