"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanı satmağa razılıq verib. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Fransa millisinin üzvünün transfer qiymətini də açıqlayıb.

Bu mövsüm zədələr səbəbindən komandaya xeyir verməyən 26 yaşlı orta sahə oyunçusunun satışından ingilislər 150 milyon avro gəlir götürmək niyyətindədi. Ulduz futbolçunun xidmətində maraqlı olan "Yuventus" və "Real" keçidi reallaşdırmaq istəyirsə, tələb olunan məbləği ödəməlidi.

Qeyd edək ki, Pol Poqbanın müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest